RU

Bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub

Biləsuvar rayon Aşağı Cürəli Muğan bələdiyyəsinin sədri Zahir Şirinov barəsində inzibati iş başlanıb. 

News365.az xəbər verir ki, bələdiyyə sədri İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1-ci (Mövcud yaşıllıqların uçota alınmaması və ya kadastrının aparılmaması) maddəsi ilə ittiham irəli sürülüb. 

Bu maddəyə görə vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 3000 manat cərimə edilir.

İş baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.

Mədinə Rəsulova iş üzrə hakim təyin edilib. 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
1
news365.az

2Источники