RU

Bakının mərkəzi yollarında tıxac var - Fotolar

Bu gün Azərbaycanda yeni tədris ilinin başlanması ilə Bakının müxtəlif küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

- Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

-  Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

 - Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

- Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

 - Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

 - 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 - Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

 - Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində sıxlıq müşahidə olunur.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
42
qafqazinfo.az

10Источники