RU

Putin boş danışır, onun üslubudur - Lemmi

Rusiya Prezidenti Vladimir Putinin təhdidləri boşdur. O, çox danışır, bu onun üslubudur.

Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Putinin Ukrayna ordusunun Qərbin uzaqmənzilli silahları ilə Rusiya ərazisinə hücum etməsinə icazə verilməsinin NATO-nu Kremllə müharibə vəziyyətinə salacağı barədə çıxışını şərh edərkən deyib.

"O, tanklar, raketlər və nüvə silahları ilə hədələyir. Başqa ölkələri özbaşına işğal etmək istəyən imperialist faşist bizi yoldan daşındıra bilməz. Ona Ukrayna ilə bunu etməyə icazə versək, inanın ki, bununla da dayanmayacaq",- o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
30
46
axar.az

10Источники