Ukrayna hərbçiləri Rusiya ordusunun Kurskdakı bazasını məhv ediblər.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər Ukrayna Teleqram kanallarında yayılıb.
"Poltavadakı hərbi məktəbin vurulmasına cavab", - məlumatda qeyd edilib.
Bildirilib ki, baza GBU-39 bombası ilə vurulub, bazada çoxlu sayda rusiyalı hərbçi olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun