RU

Andrey Sibiqa: Putin Ukraynaya dəstəyi zəiflətmək üçün təhdidlərdən istifadə edir

Rusiya lideri Vladimir Putinin hədələri işə yaramır, ona görə də Ukraynanın Qərb müttəfiqləri onlara uymamalıdır.

“İki sahil” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” səhifəsində yazıb.

O, xatırladıb ki, 2022-ci ilin yazında Putin Qərbin Ukraynanı müdafiə üçün silahla təmin edəcəyi təqdirdə “görünməyən nəticələr” barədə xəbərdarlıq edib: “Silah verildi. Putin heç nə etmədi. Eyni ritorika ötən illər ərzində dəfələrlə təkrarlanıb”.

Nazir qeyd edib ki, Putin NATO-nun genişlənməsi ilə bağlı hədələr səsləndirsə də Finlandiya və İsveç Alyansa daxil olanda heç nə etməyib.

Andrey Sibiqa bildirib ki, çoxsaylı təhdidlərə baxmayaraq, Ukrayna F-16-ları alanda heç bir tədbir görməyib: “Putin güclə üzləşəndə ​​geri çəkilir və bunu xalqına izah etmək üçün yollar tapır”.

O vurğulayıb ki, Putin Ukraynaya dəstəyi zəiflətmək üçün təhdidlərdən istifadə edir. Bunun əvəzinə müttəfiqlər dəstəyi gücləndirməlidir: “Məhdudiyyətləri qaldırın. Ukraynanın uzunmüddətli gücünü, hava qalxanını, iqtisadi və enerji dayanıqlığını gücləndirin. Qorxu və hərəkətsizlik yalnız ölümlərə və böhranlara səbəb olur. Sülhü bərpa etmək üçün bizə qorxu yox, cəsarət lazımdır”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
46
ikisahil.az

10Источники