Ukrayna hərbçiləri Rusiya ordusunun Kurskdakı bazasını məhv ediblər.
Axar.az xəbər verir ki, bu barədə görüntülər Ukrayna Teleqram kanallarında yayılıb.
“Poltavadakı hərbi məktəbin vurulmasına cavab”, - məlumatda qeyd olunub.
Bildirilib ki, baza GBU-39 bombası ilə vurulub, içəridə çoxlu sayda rusiyalı hərbçi olub.