RU

Ukrayna ordusundan sərt həmlə: Rusiya əraziləri ələ keçirildi

Kursk vilayətində döyüş əməliyyatları çox dinamikdir, Ukrayna ordusunun bölmələri gözlənilməz yerlərdə fəaliyyət göstərirlər.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin zabiti Kiril Sazonov yerli mətbuata deyib.

"Kurskda vəziyyət dinamik şəkildə dəyişir. Bu dəyişiklik hər saat və hər dəqiqə baş verir. Hazırda orada Donetsk vilayətində olduğu kimi faktiki təmas xətti belə yoxdur. Məsələn, uşaqlar digər mövqeləri dəstəkləmək üçün irəli atıldılar və düşmən texnikalarını ələ keçirdilər", - ukraynalı döyüşçü bildirib.

Sazonovun sözlərinə görə, Rusiya Kursk vilayətinə 35 mindən çox şəxsi heyət köçürüb. O vurğulayıb ki, mövcud durumdan digər nəticələri çıxarmaq hələ tezdir, lazım olan nəticələr üçün vaxt və aydın planlar lazımdır.

"Bəli, Kurskda dünənki döyüşlərin xəritəsini təhlil etsək, deyə bilərik ki, hər şey bizim planlaşdırdığımız kimi getsə və düşmən geri çəkilməsə, o zaman ruslar tələyə düşə bilərlər. Amma dediyim kimi, hər şey bizim planlaşdırdığımız kimi getsə”, - Ukrayna ordusunun zabiti qeyd edib.

Ukrayna hərbçiləri son sutka ərzində Kurskda daha iki yaşayış məntəqəsini ələ keçiriblər. Söhbət Durivka və Vitryan kəndlərindən gedir. Məlumata görə, ukraynalılar Juravli qəsəbəsinə də daxil olublar. (teleqraf.com)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
50
turkustan.az

10Источники