RU

"Opel" səkiyə çırpıldı, ölən və xəsarət alan var

Xaçmaz rayonunda avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb.
"Unikal"
ın Şimal bürosunu  məlumatına görə hadisə Xaçmaz-Xudat avtomobil yolunun Köhnəxaçmaz kəndindən keçən hissəsində qeydə alınıb.

Beləki, sürücü "Opel" markalı avtomobilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı səkiyə çırpılıb. 

Qəza zamanı 2001-ci il təvəllüdlü Şəhriyar Məmmədov hadisə yerində ölüb, 2002-ci il təvəllüdlü Gülməmməd Gülməmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır. 


Xanlar Qaraca

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
38
22
unikal.az

10Источники