RU

Göygöldə yük maşını arakəsməyə çırpıldı: Xəsarət alanlar var

Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq dəmir arakəsmələrə çırpılıb.

Qəza nəticəsində maşının sürücüsü 1972-ci il təvəllüdlü Vidadi  Məmmədov və sərnişin, 1983-cü il təvəllüdlü Ceyhun Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
53
9
bizim.media

10Источники