RU

Göygöldə yük maşını dəmir arakəsməyə çırpılıb, xəsarət alanlar var

Bakı-Qazax magistral yolunun Göygöldən keçən hissəsində qəza baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan "TIR" markalı yük maşını idarəetmədən çıxaraq dəmir arakəsməyə çırpılıb.

Qəza zamanı 2 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlar 1983-cü il təvəllüdlü Ceyhun Məmmədov və 1973 -cü il təvəllüdlü Vidadi Məmmədovdur.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
65
12
apa.az

10Источники