RU

"Mançester Yunayted"dən inamlı qələbə

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İngiltərə Premyer Liqasının dördüncü turu çərçivəsində "Sauthempton" klubu doğma meydanda "Mançester Yunayted"lə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, gərgin keçən qarşılaşmada qonaqlar 3:0 hesablı qələbəyə seviniblər.
"Qırmızı şeytanlar"ın heyətində 35-ci dəqiqədə De Layt, 41-ci dəqiqədə Reşford, oyunun əsas vaxtına artırılmış 6-cı dəqiqədə isə Qarnaço fərqləniblər.
Meydan sahiblərinin futbolçusu Arçer 33-cü dəqiqədə penaltidən yararlana bilməyib. 79-cu dəqiqədə isə Stefens birbaşa qırmızı vərəqə alaraq meydan sahiblərini azlıqda qoyub.
Bu qələbə ilə xallarının sayını 6-ya çatdıran "Mançester Yunayted" səkkizinci pilləyə yüksəlib. Dörd turdan sonra xalsız qalan "Sauthempton" isə hazırda 19-cu pillədədir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
78
50
oxu.az

10Источники