RU

Yerli balığa həsrət qalmışıq: Nəzarətsizlik özünü qiymətlərdə göstərir

Son günlər balıq bazarımızdakı qiymətləri İrandan və Türkiyədən gətirilən balıq məhsulları tənzimləyir. Çünki yerli balıq məhsulları bazarı tam ələ ala bilmir. Bazardakı balıqların 70 faizi idxal olunur.

2023-cü ildə Azərbaycan əhalisi adambaşına orta hesabla səkkiz kiloqram balıq və balıq məhsulları istehlak edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Ötən il ölkədə ümumilikdə 81,442 min ton balıq və balıq məhsulları istehlak edilib. Hesabat dövrünə Azərbaycanda 87,166 min ton balıq və balıq məhsulları ehtiyatı olub ki, bunun da 72 faizi və ya 62,722 min tonu istehsalın, 24,2 faizi və ya 21,081 min tonu idxalın, 3,8 faizi və ya 3,363 min tonu əvvəlki ildən qalıq hesabına formalaşıb.

Payız aylarının başlaması ilə Azərbaycanda balığa tələbat da artır. Bəs bu mövsüm balıq bazarında bizi nə gözləyir? Balıq məhsullarının qiymətləri necə dəyişəcək?

İstehlak statistikadan bir neçə dəfə aşağıdır

"Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin sədri Zaur Salmanlının sözlərinə görə, təqdim olunan rəqəmlər reallığı tam əks etdirmir. Çünki istehlakımız daha aşağıdır: “Adambaşına səkkiz kiloqram balıq düşməsi çox böyük rəqəmdir. Amma təəssüflər olsun ki, reallığı tam olaraq əks etdirmir. Bu o deməkdir ki, 62 min tonun üzərində daxili istehsal var. Amma bu, hazırkı dövr üçün qeyri-mümkündür. Heç sovetlər dövründə istehsalımız bu həddə olmayıb. O səbəbdən indiki halda da mümkünsüzdür. Azərbaycanda istehlak göstərilən rəqəmlərdən bir neçə dəfə aşağıdır”.

Daxili istehsal azalıb

Z.Salmanlının fikrincə, bu il balıq bazarında bizi müsbət tendensiya gözləmir: “Yeganə nərə cinsli balıqların yetişdirilməsində kiçik inkişaf görülür. Amma bu da qiymətlərin kifayət qədər yüksək olması ilə bağlıdır. Digər bitki ilə qidalanan balıqların, çəkikimilərin istehsalında son 5-6 ildir mütəmadi olaraq azalma müşahidə edilir. Soyuq su balıqlarından forellərin də istehsalında azalma mövcuddur. Hətta minimum həddə düşüb, deyə bilərik. Bu isə balıqçılıqla bağlı nəzarətedici, tənzimləyici orqanın, qurumun olmaması, həmçinin balıq və balıq məhsullarının kənd təsərrüfatı məhsulları sırasına daxil edilməməsi ilə əlaqədardır”.

“Dövlətdən dəstək almalıyıq”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
11
publika.az

10Источники