RU

Viktor Orban Rusiya ilə Ukrayna arasında sülhün təmin edilməsinin yollarını bilir

Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, ölkənin Ukraynadakı münaqişənin həlli üçün “sürptiz təşəbbüsləri” var.

Editor.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb. “Mənim əlimdə daha bir neçə” hiylə” var. Biz gözlənilməz təşəbbüslər irəli sürməyə davam edəcəyik və onların hər biri bizi sülhə yaxınlaşdıracaq”, – Orban deyib. Sentyabrın 9-da Orban sülh təşəbbüsünün bir hissəsi kimi yeni “yüksək profilli” tədbir elan edib.

O, Almaniyada qapalı iclasda sülh səylərinin davam etdiyini və planlaşdırılan tədbirin sentyabr ayında baş tutacağını bildirib.
Qeyd edək ki, bu ilin iyul ayından Macarıstan Avropa İttifaqına sədrlik edir. “Sülh missiyası” çərçivəsində Orban Ukrayna, Rusiya, Çinə səfər edib və elə həmin ay Vaşinqtonda keçirilən NATO sammitində iştirak edib.

Bundan əlavə, o, Floridadakı Mar-a-Laqo iqamətgahında ABŞ-ın keçmiş prezidenti Donald Trampla münaqişənin həllini müzakirə edib. Görüşlərdən sonra o, Aİ liderlərinə məktub göndərib və orada Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqların ilin sonuna qədər başlayacağını bildirib. Vladimir Putin sentyabrın əvvəlində demişdi ki, Rusiya danışıqlara razıdır, lakin hələ ki, Ukrayna Silahlı Qüvvələri ilə toqquşmaların davam etdiyi Kursk bölgəsində “quldurlarla məşğul olduğunu” vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
60
50
editor.az

10Источники