RU

"Formula-1" üzrə Azərbaycan Qran-prisi: "Uilyams" komandasının pilotu qəza törədib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Formula-1" üzrə Azərbaycan Qran-prisinin birinci sərbəst yürüşləri zamanı daha bir pilot qəza törədib.
Oxu.Az xəbər verir ki, bu dəfə "Uilyams" komandasının sürücüsü Franko Kolapintonun idarə etdiyi bolid baryerlərə çırpılıb. Argentinalı gənc sürücü 4-cü döngənin girişində səhvə yol verib, maşın əvvəl arxa sol, daha sonra isə ön sol təkərlə qoruyucu baryerlərə çırpılıb.
Marşallar operativ şəkildə "Uilyams" bolidini təxliyə ediblər və qırmızı bayraqlarla dayandırılan sessiya davam etdirilib.
Qeyd edək ki, daha öncə Şarl Lekler də 15-ci döngədə qəzaya uğramışdı.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
40
37
oxu.az

10Источники