RU

Əməkdar artistin vəziyyəti ağırlaşdı - “Həkimlərin də ümidi yoxdur”

“Artıq xəstəxana şəraitində qalması mümkün deyil, evə gətirmişik”.

News365.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Bakı Bələdiyyə Teatrının aktyoru, Əməkdar artist Rafiq İbrahimovun qızı jurnalist, sənətşünas Nisə Rzayeva deyib.

    “Həkimlərin də ümidi yoxdur. Atamın vəziyyəti çox ağırdır”, - o qeyd edib.

    Nisə Rzayeva atasının səhhəti ilə bağlı Teatr Xadimləri İttifaqının tez-tez maraqlandığını da vurğulayıb: “Bu çətin günlərdə yanımızda olduqlarına görə, Bakı Bələdiyyə Teatrı və İttifaqa minnətdarıq”.


    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Избранный
    20
    15
    news365.az

    10Источники