RU

İlon Mask Avstraliya hökumətini faşist adlandırdı

Amerikalı sahibkar İlon Mask Avstraliya hökumətini onlayn platformalar üçün cərimələr tətbiq etmək planlarına görə tənqid edib. 

HİT.az xəbər verir ki, "SpaceX"in yaradıcısı X sosial şəbəkəsində fikirlərini bildirib.

Avstraliya hakimiyyəti internetdə dezinformasiyanın yayılmasının qarşısını ala bilmədiyi üçün cərimələr tətbiq etməyi planlaşdırır. Qanun pozuntuları aşkar edilərsə, onlayn platformalar illik dövriyyəsinin 5%-i qədər sanksiya ilə üzləşirlər.

Milyarder bu cür planlara bir kəlmə ilə reksiya verib: "Faşistlər".

Avstraliya Nümayəndələr Palatasının üzvü Bill Şorten Maskın bəyanatını Kanal Nine-də şərh edib. O, sahibkarın söz azadlığı məsələsində qeyri-sabit olduğunu bildirib. Qeyd edib ki, "SpaceX"in yaradıcısı öz mövqeyinə yalnız kommersiya maraqlarına uyğun gələndə sadiq qalır.

İlon Mask həmçinin Rusiya prezidenti Vladimir Putinin çıxışını şərh edib. Rusiya lideri bildirib ki, Kiyevin Rusiya ərazisinə Qərb silahları ilə zərbə endirməsinə icazə veriləcəyi təqdirdə Qərb Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək.

İlon Mask Rusiya prezidentinin belə bir ssenarini şərh edərkən çəkilən videonun altında yazıb: "Bu barədə mənbə pis hiss var".

Samir
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
2
hit.az

3Источники