RU

Sentyabrda Bakıda ilk beynəlxalq metal simpoziumu keçiriləcək

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ərəfəsində “Baku Steel Company” QSC (BSC) və “QGallery” birlikdə “Baku Steel Art 2024” adlı beynəlxalq metal simpoziumunu təşkil edəcəklər.

APA xəbər verir ki, 17-30 sentyabr tarixlərində keçiriləcək simpoziumun təşkilində məqsəd incəsənət və metallurgiyanın ekoloji dəyişikliklər və davamlı inkişafın katalizatoru kimi çıxış edə biləcəyini nümayiş etdirməkdir.

Qeyd edək ki, 7 ölkədən (Azərbaycan, Gürcüstan, Türkiyə, Rumıniya, İsrail, Bolqarıstan, Hindistan) rəssamların iştirak edəcəyi bu beynəlxalq layihə qlobal ekoloji çağırışlar kontekstində incəsənət və sənayenin qarşılıqlı əlaqəsinə yeni baxış təklif edir. Sözügedən unikal tədbir, dünyanın hər yerindən yaradıcılığında bu materialın gücünü təcəssüm etdirən sənətkarların və rəssamların əlamətdar toplantısı olacaq. Simpozium iştirakçıları öz əsərlərini nümayiş etdirməklə yanaşı, təcrübələrini bölüşəcək, fikir mübadiləsi aparacaq, bir-birlərini yeni bədii axtarışlara ruhlandıracaqlar. “Baku Steel Art” rəssamları təkcə metaldan istifadə etməyəcəklər, ondan hekayələr düzəldəcəklər.

“Baku Steel Art 2024” sərgisinin təşkilatçıları Azərbaycanda polad istehsalı üzrə Avropa və Amerika keyfiyyət sertifikatlarını alan ilk metallurgiya şirkəti və qısa müddət ərzində Qafqazın ən böyük metallurgiya müəssisəsinə çevrilən “Baku Steel Company” QSC, eləcə də paytaxtın aparıcı sərgi məkanlarından biri, xarici həmkarları ilə daimi əlaqələr quran Bakıdakı ilk özəl qalereya - “QGallery” bədii qalereyasıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
16
apa.az

10Источники