RU

Bakıda Formula 2 üzrə sərbəst yürüşün qalibi bəlli olub

Bakı, 13 sentyabr, AZƏRTAC

Bakıda Formula 2 üzrə Azərbaycan Qran-Prisində sərbəst yürüş başa çatıb.

AZƏRTAC xəbər verir ki, 45 dəqiqə davam edən yürüşdə ən yaxşı nəticəni "Van Amersfoort" komandasından braziliyalı Enzo Fittipaldi göstərib.

"İnvista"nın hindistanlı pilotu Kuş Maini ikinci, "Prema"nın italiyalı sürücüsü Kimi Antenolli üçüncü olub.

Saat 13:30-dan 14:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək.

Saat 15:00-da Formula 2-də sıralama turu, 17:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.

Qeyd edək ki, Formula 2 yarışında 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı iki pilot təmsil edir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
49
9
azertag.az

10Источники