RU

Salyanda ağır avtomobil qəzası: Xəsarət alanlar var    

Salyanda baş vermiş avtomobil qəzasında xəsarət alanlar var...

"Report"un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin V.Əhmədov küçəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində Salyan şəhər sakinləri - 1960-cı il təvəllüdlü Burxan Şəmsəddin oğlu Qədimov, 1981-ci il təvəllüdlü Amil Faiq oğlu Nəcəfov və 1980-ci il təvəllüdlü Asif Hüseynalı oğlu Gözəlov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

 

 

Избранный
45
9
poliqon.info

10Источники