RU

MİT İraqda əməliyyat keçirib - PKK-nın sözdə lideri məhv edilib

Terror təşkilatı PKK-nın qondarma liderlərindən olan Azad Akıncı öldürülüb.

“AzPolitika” xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, “Adil Mardin” kod adlı terrorçu Türkiyənin Milli Kəşfiyyat Təşkilatı ( MİT) tərəfindən İraqda məhv edilib.

Məlumata görə, 2006-cı ildən PKK sıralarına qoulan Akıncı terror təşkilatının nəzdində fəaliyyət göstərən Azad Lisey Gəncləri Dərnəyinin strukturlaşmasında iştirak edib. 2008-ci ildə “Terror təşkilatı adından cinayət törətmək, terror təşkilatı adından fəaliyyətlə məşğul olmaq, terror təşkilatını təbliğ etmək” maddələri ilə həbs edilib. Həmin il Batman Qapalı Həbsxanasında aclıq aksiyasına qatılan təşkilat üzvləri arasında olub.  2016-cı ildə Mahmurda keçirilən PKK/KCK Gənclik Konqresində iştirak edib. 2017-ci ildə İran sahəsində KCR (Şərqi Kürdüstan Gənclər İcması) bölməsində sözdə məsul şəxs olub. 

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
3
azpolitika.info

4Источники