RU

300- ə yaxın media Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ü işıqlandıracaq

Bakı. Trend:

Bu il Bakı yarışının qlobal izləyici kütləsinin rekord həddəçatacağı gözlənilir.

Bu barədə Trend-ə Bakı Şəhər Halqası ƏməliyyatŞirkətindən (BŞH) məlumat verilib.

Dünyanın ən nüfuzlu idman tədbirinə paytaxt Bakı 8 -ci dəfə evsahibliyi edəcək. 13-15 sentyabr tarixlərində baş tutacaq yarışı300-ə yaxın media nümayəndəsi işıqlandıracaq. Bunların 200-ə yaxınıbeynəlxalq jurnalistlərdir. Dünya media nəhəngləri Sky Sports,Motorsport, Canal+, Netflix, The Sun və sair bu sırada yer almaqla3 gün ərzində həyəcanlı Bakı yarışını bütün dünya iləpaylaşacaq.

Tədbirin promoteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətitərəfindən qurulmuş, hazırda 450 nəfərlik tutumu olan Media Mərkəzjurnalistlərin artıq ixtiyarındadır. Yarış həftəsi, çərşənbəgünündən etibarən fəaliyyətə başlayan Mərkəzdə yerli və xaricimedia mənsubları Media Akkreditasiya Mərkəzinin, Media Mərkəzininxidmətlərindən faydalanır. Həmçinin, mərkəzdə komandaların mətbuatkonfransları həyata keçirilir. Jurnalistlər sorğularını Mərkəzinqəbul-sorğu masalarına yönəldə bilir. Qeyd edək ki, Media MərkəziBeynəlxalq Avtomobil Federasiyasının tələblərinə uyğun qaydadatəsis edilir.

Qeyd edək ki, 2023 -cü il Formula 1 Azərbaycan Qran Prisiniteleviziya və sosial media platformalarından 90 milyon insanizləyib. Formula 1 tərəfindən təqdim edilən rəsmi statistikayaəsasən 2022 -ci ildə bu rəqəm 59 milyon olmuşdur. Ümumi olaraqazarkeş və turist sayında, eyni zamanda bilet satışlarındakırekordu nəzərə alaraq, bu il Azərbaycan Qran Prisinin qlobalizləyici sayında da daha bir rekorda imza atılacağı istisnadeyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
4
az.trend.az

10Источники