RU

“Medial Dental” diş klinikası buna görə cərimələndi

Bakının məşhur diş klinikalarından olan “Medial Dental” cərimələnib.

Tribunainfo.az xəbər verir ki, klinikada aparılan yoxlama zamanı mərkəzin sanitar gigiyena və epidemioloji qaydalara riayət etmədiyi məlum olub. Belə ki, mərkəz İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

İşə Binəqədi Rayon Məhkəməsində 24 sentyabr tarixində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baxılacaq.

Nigar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
5
tribunainfo.az

8Источники