RU

KİV: "Stoltenberq Münhen Konfransının yeni sədri olacaq"

Oktyabrın 1-dək NATO-nun Baş katibi kimi işini başa vuracaq Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransının yeni sədri olacaq.Bu barədə “Politico” qəzetinin Avropa nəşri mənbələrinə istinadən məlumat yayıb.Nəşrin məlumatına görə, Stoltenberq bu vəzifəni 2025-ci ilin fevralında keçiriləcək Münhen konfransından sonra icra edəcək.Qeyd edək ki, norveçli siyasətçi Yens Stoltenberq 1959-cu il martın 16-da Osloda anadan olub. O, 2000-2001 və 2005-2013-cü illərdə Norveçin Baş naziri olub. 2014-cü ildə isə Stoltenberq NATO-nun Baş katibi seçilib. Baş katib kimi o, alyansın müdafiə qabiliyyətinin gücləndirilməsində fəal iştirak edib. Bu proses çərçivəsində hərbi hazırlığın yüksəldilməsi, NATO-nun Avropa üzvləri tərəfindən müdafiə xərclərinin artırılması, eləcə də bölgəyə əlavə qüvvələrin yerləşdirilməsi üzrə tədbirlər həyata keçirilib. Stoltenberqin rəhbərliyi dövründə Monteneqro NATO-nun 29-cu üzvü olub, üstəlik, o, Gürcüstan və Ukraynanın alyansa qoşulmaq istəyini də dəstəkləyib.
 

Facebook-da paylaş

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
63
9
dunyapress.info

10Источники