RU

Donetskdə BQXK əməkdaşları atəşə tutuldu - 3 nəfər həlak oldu

Rusiya ordusu Donetskdə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobili atəşə tutub.

Bakupost.az -ın APA-ya istinadən xəbərinə görə, nəticədə ölən və yaralananların olduğu açıqlanıb.

Bildirilib ki, hadisə komitə əməkdaşları Verolyubovka kəndində olarkən baş verib.

Ukrayna Ombudsmanı Dmitri Lyubinets Rusiyanın artilleriya zərbələrinin BQXK-nın humanitar yük avtomobilinə tuş gəldiyini, BQXK-nın 3 əməkdaşının həlak olduğunu açıqlayıb.

Ombudsman BQXK-nın daha iki əməkdaşının yaralandığını bildirib.

#
Fərid Azəri
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
11
bakupost.az

10Источники