RU

BQXK-nin avtomobili atəşə tutuldu - Komitənin 3 əməkdaşı öldü

Rusiya ordusu Donetskdə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobili atəşə tutub. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, nəticədə ölən və yaralananların olduğu açıqlanıb.

Bildirilib ki, hadisə komitə əməkdaşları Verolyubovka kəndində olarkən baş verib.

Ukrayna Ombudsmanı Dmitri Lyubinets Rusiyanın artilleriya zərbələrinin BQXK-nın humanitar yük avtomobilinə tuş gəldiyini, BQXK-nın 3 əməkdaşının həlak olduğunu açıqlayıb.

Ombudsman BQXK-nın daha iki əməkdaşının yaralandığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
11
avtosfer.az

10Источники