Oktyabrın 1-də NATO-nun baş katibi kimi işini başa vuracaq Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransının yeni sədri olacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Stoltenberq bu vəzifəni 2025-ci ilin fevralında keçiriləcək Münhen konfransından sonra icra edəcək.