RU

Taylandda daşqın: ölənlər var

Taylandda musson yağışları və Yagi tayfunu nəticəsində yaranan daşqınlar və torpaq sürüşmələri səbəbindən ölənlərin sayı artır. Dünən baş verən qasırğa səbəbiylə ölkənin şimalındakı Çianq Mai və Çianq Rai şəhərlərində ən az 9 nəfərin həyatını itirdiyi müəyyən edilərkən, bölgədə itənlərin axtarış-xilasetmə işləri davam edir.

Tayland ordusunun da iştirak etdiyi axtarış-xilasetmə işləri qayıqlar, helikopterlər və pilotsuz uçuş aparatları ilə həyata keçirilir.

Qeyd edək ki, Tailandda musson mövsümünün yaratdığı sel və torpaq sürüşmələri və Yagi qasırğasının səbəb olduğu güclü yağışlar nəticəsində son bir ayda 33 nəfər həyatını itirib.

Mövsüm

AzNews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
aznews.az

1Источники