RU

Sautqeyt: “Fasilə götürmək, sonra isə işimə davam etmək istəyirəm”

Futbol üzrə İngiltərə yığmasının keçmiş baş məşqçisi Qaret Sautqeyt iş başına tezliklə qayıtmaq fikrində olmadığını bildirib.

Arena.az “Goal” dərgisinə istinadən ingilis mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən qərar vermək üçün tələsmək fikrində deyiləm. Seçimlərim çoxdur, bundan sonra nə olursa olsun, hər şeyə açığım. Bu, həm futbolda, həm də onun xaricində bir iş ola bilər. Mən sadəcə fasilə verəcəyəm, yenidən başlayacağm, gücümü bərpa edib sonra isə davam edəcəyəm.

Düşünürəm ki, cari məqamda insanlar anlayırlar ki, güc-qüvvəmi yenidən toplamalıyam. Mən komanda ilə səkkiz illik inanılmaz səyahət etmişəm, bu isə baş məşqçi olaraq ölkəmin komandasını çalışdırmaq – mütləq imtiyaz idi. Mən parlaq oyunçular və heyrətamiz heyətlə işləmişəm”, deyə Sautqeyt vurğulayıb.

Xatırladaq ki, Qaret Sautqeyt İngiltərə yığmasının baş məşqçisi vəzifəsindən cari ilin iyulun 16-da istefa verib.

Sauqeyt İngiltərə yığmasının sükanı arxasına 2016-cı ilin sentyabrında keçmişdi. İngilis mütəxəssisin “üç şir”lə müqaviləsi 2024-cü ilin dekabr ayının sonuna qədər qüvvədə idi.

Çalışdırdığı müddətdə Sautqeyt İngiltərə yığmasını 102 oyuna çıxarıb. İngilis mütəxəssis bu oyunlarda 64 qələbə, 20 heç-heçə və 18 məğlubiyyət yaşayıb. Topların fərqi isə 230:86 nisbətindədir.

Sautqeytin İngiltərə yığmasından ayrılmaq qərarına isə Almaniyada keçirilmiş 2024-cü il Avropa çempionatının final oyununda İspaniya yığmasına 1:2 hesablı məğlubiyyətin böyük təsir göstərdiyi vurğulanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
arena.az

1Источники