RU

Bakıya ard-arda iki təklif: “İrəvan tarix verdi, lakin…” 

Macarıstanın xarici işlər naziri Piter Siyarto “İrəvan dialoqu” konfransında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin Budapeştdə imzalanmasını təklif edib. Onun fikirləri Avropa siyasi dairələrində müzakirələrə səbəb olub.

Bundan qısa müddət öncə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də sülh sənədinin imzalanması üçün Bakı və İrəvana platforma təqdim etməyə hazır olduğunu bildirib.

Bu platformalardan hansı sazişin imzalanması üçün uyğun hesab oluna bilər?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri, ekspert Fikrət Yusifov deyib ki, sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif ölkələrdən səsləndirilən təkliflər anlaşılandır:

“Lakin əvvəlcə sülh müqaviləsinin real olaraq nə vaxt bağlanacağına dair suala cavab tapılmalıdır. Bu isə hələlik məlum deyil. Söhbət müqavilədən öncə Azərbaycan və Türkiyə torpaqlarına qarşı iddiaların əks etdirildiyi Ermənistan Konstitusiyasının dəyişdirilməsindən gedir. Bu dəyişiklik sənədin imzalanması üçün başlıca şərtdir. Bir sözlə, əgər Ermənistan öz Konstitusiyasından sözügedən iddiaları yığışdırmasa, onunla sülh bağlamağın heç bir mənası yoxdur”.

Ekspert İrəvandan konstitusiya dəyişikliyinə dair səsləndirilən fikirlərin yalan olduğunu bildirib:

“Ermənilər ilkin olaraq 2027-ci ildə konstitusiyada dəyişiklik edəcəklərini deyirlər. Amma reallıq budur ki, Azərbaycan və Türkiyə torpaqlarına qarşı iddiaları heç vaxt aradan qaldırılmayacaq. Ermənilərin beyinləri o qədər yuyulub ki, konstitusiyada dəyişikliklər ediləcəyi təqdirdə əksəriyyəti Ermənistanı tərk edəcək. Hazırkı İrəvan hökuməti də bu həqiqəti çox yaxşı anlayır. Bu səbəbdən hələ ki erməni xalqını konstitusiyada dəyişikliyin zəruriliyinə inandırmağa çalışırlar. Nəticə olacaq sülh müqaviləsinin yaxın zamanda imzalanacağını düşünmürəm”.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
referans.az

1Источники