RU

“İnter” Dumfrislə yeni müqaviləyə o maddəni daxil etməyəcək

“İnter” müdafiəçisi Denzel Dumfrislə yeni müqaviləyə sərbəstqalma maddəsini daxil etmək niyyətində deyil.Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, digər klublar niderlandlı futbolçunu müqavilədə göstərilən məbləğə ala bilməyəcək.Dumfris “İnter”lə yeni müqavilə imzalamağa çox yaxındır. Onun hazırkı müqaviləsi gələn ilin yayında başa çatacağı üçün Milan klubu müdafiəçisini azad agent kimi itirmək istəmir.28 yaşlı futbolçu cari İtaliya A Seriyasında 2 oyun keçirib. O, 2021-ci ilin yayından “İnter”də çıxış edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
komanda.az

1Источники