RU

Peşə məktəblərinə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gündən etibarən 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun III-sonuncu mərhələsinə start verilir.
Oxu.Az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, bu mərhələdə ilk iki mərhələdə uğursuz nəticə göstərən və ya ümumiyyətlə daha öncə müraciət etməyən şəxslər müraciət edə bilərlər. Daha öncə hər hansı peşə təhsil müəssisəsinə qəbul olan və sənədlərini təsdiq edən şəxslər bu mərhələdə ixtisas dəyişilməsi məqsədilə müraciət edə bilməzlər.
12 sentyabr tarixindən etibarən müraciətçilər elektron qaydada portal.edu.az saytına daxil olmaqla açıq olan vakant yerlərə müraciətlərini göndərə biləcəklər. Boş qalan yerlərə sənəd qəbulu 13 sentyabr saat 18:00-dək davam edəcək.
Hər bir vakant yerə ilk müraciət edən şəxs şəxsi kabinetinə müsabiqədən keçməsi ilə bağlı bildiriş alacaq və həmin şəxs bildiriş aldıqdan sonra 14 sentyabr tarixinədək sənədlərini qəbul olduğu təhsil müəssisəsinə təqdim etməlidir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
18
oxu.az

10Источники