RU

34 ölkə BRİKS-ə qoşulmaq arzunu çatdırıb - Putin

34 ölkə BRİKS-ə qoşulmaq arzunu çatdırıb. Bu barədə Rusiya prezidenti Vladimir Putin ölkələrinin yüksək səviyyəli nümayəndələrinin təhlükəsizlik məsələləri üzrə iclasında bildirib.
 
"34 dövlət bu və ya digər şəkildə bizim assosiasiyamızın fəaliyyətinə qoşulmaq arzusunu artıq ifadə edib”, - Rusiya prezidenti bildirib.

BRİKS-in genişləndirilməsi məsələsi oktyabrın 22-24-də Kazanda keçiriləcək qarşıdakı sammitdə müzakirə oluna bilər.
 
Azərbaycanın BRİKS-ə qoşulmaq üçün rəsmi müraciətinə assosiasiyanın bu ilin oktyabrında Kazanda keçiriləcək sammitində baxıla bilər. 
 
İyulun 11-də Sankt-Peterburqda keçirilən X BRİKS Parlament Forumunun plenar iclasında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan BRİKS-in tamhüquqlu üzvü olmaq istəyir.
 
Avqustun 20-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, respublika BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib.
 
Hazırda təşkilatın 10 üzvü var.

 
Gülnar

 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
54
2
anews.az

10Источники