RU

Hindistan Hərbi Dəniz Qüvvələri 300 milyon dollar dəyərində uzaqdan idarə olunan sualtı qayıqlar qurmağı planlaşdırır

Qeyd olunur ki, “The Economic Times” mənbələrinin məlumatına görə, yaxın bir neçə ay ərzində belə sualtı dronların tikintisi üçün tender elan olunacaq. Hindistan tərsanələrindən 100 tondan çox çəkisi olan və geniş funksiyaları olan və uzun müddət su altında qalma qabiliyyətinə malik sualtı qayıqlar qurmaq istənilir.

Bu qurğuların düşmənin sualtı və suüstü gəmilərinə hücum etmək qabiliyyətinə malik olması nəzərdə tutulur və Hərbi Dəniz Qüvvələrinə minaların qoyulması və təmizlənməsi, dənizdə vəziyyətin monitorinqi və silahların buraxılması kimi bir çox əməliyyatlar həyata keçirməyə imkan verəcək. 

Həmçinin bildirilir ki, Hindistan Hərbi Dəniz Qüvvələri uzaqdan idarə olunan sualtı qayıqlardan ibarət donanma yaratmaqda maraqlıdır və gələcəkdə Hindistan Hərbi Dəniz Qüvvələrinin potensialını gücləndirmək üçün onlardan geniş istifadə edilməsi planlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
49
veteninfo.az

10Источники