RU

Bu gecə Qəzzada 27 fələstinli həlak olub

İsrail ordusunun Qəzza zolağına gecə boyu həyata keçirdiyi hücumlarda 27 fələstinli həlak olub.

Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbər verir ki, Qəzzanın cənubundakı Xan Yunus şəhərinin Huzaa rayonunda İsrail döyüş təyyarələrinin əl-Karafi ailəsinə məxsus evi hədəf alması nəticəsində 13 fələstinli ölüb, çox sayda insan yaralanıb.

İsrail ordusunun döyüş qayıqlarının hücumu nəticəsində Xan Yunisin əl-Məvasi bölgəsi sahillərində bir balıqçı həyatını itirib.

Həmçinin, Qəzza zolağının şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsinə təşkil edilən hücumda ölənlərin sayı 9-a çatıb.

Əli Hüseynov

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
78
50
bakivaxti.az

10Источники