RU

Millətlər Liqası: Gürcüstan Albaniyanı səfərdə məğlub etdi

UEFA Millətlər Liqasında 2-ci tura yekun vurulub.

"Operativ Media" xəbər verir ki, günün ən diqqətçəkən dueli Niderland və Almaniya yığmaları arasında reallaşıb.

Amsterdamda keçirilən matç 2:2 hesabı ilə bitib.

B Liqasında mübarizə aparan İngiltərə yığması ardıcıl ikinci qələbəsini qazanıb.

Gürcüstan isə səfərdə Albaniyaya qalib gəlib. Bu qələbə qonşularımızı qrupda lider mövqeyinə yüksəldib.

UEFA Millətlər Liqası

Qrup mərhələsi, 2-ci tur

10 sentyabr

A Liqası, 3-cü qrup

Macarıstan – Bosniya və Herseqovina 0:0

Niderland – Almaniya 2:2

Qollar: Reynders, 2. Dumfris, 50 – Undav, 38. Kimmix, 45+3.

Xal durumu: Almaniya – 4. Niderland – 4. Bosniya və Herseqovina – 1. Macarıstan – 1.

B Liqası, 1-ci qrup

Albaniya – Gürcüstan 0:1

Qol: Koçoraşvili, 71.

Çexiya – Ukrayna 3:2

Qollar: Şults, 21; 45+2. Souçek, 80-pen – Vanat, 37. Sudakov, 84.

Xal durumu: Gürcüstan – 6. Albaniya – 3. Çexiya – 3. Ukrayna – 0.

B Liqası, 2-ci qrup

İngiltərə – Finlandiya 2:0

Qollar: H.Keyn, 57; 76.

İrlandiya – Yunanıstan 0:2

Qollar: İoannidis, 50. Tzolis, 87.

Xal durumu: Yunanıstan – 6. İngiltərə – 6. İrlandiya – 0. Finlandiya – 0.

C Liqası, 4-cü qrup

Latviya – Farer adaları 1:0

Qol: Varslavan, 64.

Şimali Makedoniya – Ermənistan 2:0

Qollar: Bardi, 70. Miovski, 79.

Xal durumu: Şimali Makedoniya – 4. Ermənistan – 3. Latviya – 3. Farer adaları – 1.

D Liqası, 2-ci qrup

Andorra – Malta 0:1

Qol: Kamenzuli, 45.

Xal durumu: Moldova – 3. Malta – 3. Andorra – 0.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
58
5
operativmedia.az

10Источники