Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib. Son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində 32 fələstinlinin həyatını itirdiyi, 100 fələstinlinin isə yaralandığı bildirilib.İsrailin 7 oktyabrdan etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 41 min 20-yə, yaralı sayının isə 94 min 925-ə yüksəldiyi qeyd edilib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.