RU

2000-dən çox gəncin iştirak etdiyi “Yay Fest” uğurla yekunlaşıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın ən böyük gənclər festivalı “Yay Fest” uğurla başaçatıb. Ümumilikdə 2000-dən çox gəncin iştirak etdiyi əyləncəli,öyrədici və dinamik atmosferlə baş tutan festival müxtəlif tematikmövzulara uyğun səkkiz ardıcıl düşərgədən ibarət olub.

Trend xəbər verir ki, çadırtipli düşərgə formatında olan festival Azərbaycan RespublikasınınGənclər Fondunun dəstəyi, "İDEA" İctimai Birliyi, COP29 Sədrliyi,Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan KönüllüTəşkilatları İttifaqı, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi və"Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı iləŞamaxıda keçirilib.

Xüsusi vurğulayaq ki, Prezident İlham Əliyevin Sərəncamınaəsasən Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminəhəmrəylik ili" elan olunmasının və COP29 kimi mötəbər tədbirəölkəmizin ev sahibliyi etməsinin vacibliyini nəzərə alaraq, bu ilkidüşərgədə seçilən mövzular ekologiya, ətraf mühitin mühafizəsi vəCOP29-a həsr olunub.

“Birlikdə daha yaşıl gələcəyə!” devizi ilə keçirilən "YayFest"-in başlıca məqsədi dövlət gənclər siyasətinə uyğun olaraqgənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanlarıntəşviqinə, gənclərin inkişafı və onların asudə vaxtının səmərəli vəəyləncəli keçirməsinə, o cümlədən müxtəlif bölgələrdən olangənclərin şəbəkələşməsinə və sosiallaşmasına dəstək verməkolub.

İyulun 15-dən etibarən başlayan "Yay Fest"-in hər düşərgəsigənclər üçün unudulmaz, əyləncəli, yadda qalan və öyrədici olub.Təbiət qoynunda təşkil olunan ekoloji oyunlar, komanda işləri,haykinq və əyləncəli fəaliyyətlər gənclərə həm maraqlı, həm dəöyrədici təcrübə yaşadıb. Həmçinin, düşərgə iştirakçıları müxtəlifbölgələrdən olan yaşıdları ilə tanış olub, yeni dostluqlar quraraqşəbəkələşmənin və sosiallaşmanın vacibliyini bir daha anlayıblar.Gənclər üçün hazırlanmış maraqlı və dinamik proqram, onların həmasudə vaxtını səmərəli keçirməsinə, həm də şəxsi və peşəkarinkişafına töhfə verib. Düşərgə çərçivəsində "IDEA" İctimai Birliyitərəfindən keçirilən təlimlər və interaktiv fəaliyyətlər gənclərinekoloji maariflənməsini artırmaqla yanaşı, onların ekolojiməsələlərə məsuliyyətli yanaşmasını təşviq edib.

2000-dən
2000-dən
2000-dən
2000-dən
2000-dən
2000-dən
2000-dən
2000-dən
2000-dən
2000-dən
2000-dən
2000-dən
2000-dən
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
13
az.trend.az

10Источники