RU

Yola bitum dağıldı, 6 maşın sürüşüb toqquşdu - Fotolar

Bu gün səhər saatlarında Bakı şəhər Binəqədi rayonu ərazisində zəncirvari yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Kənar dairəvi yoldan Biləcəriyə düşən enişli yolda bitumdaşıyan yük maşınında sızma baş verib. Nəticədə yolun hərəkət hissəsinə sürüşkən neft məhsulu olan bitum tökülüb. Nəticədə enişli yolla hərəkətdə olan avtomobillər oradan keçərkən qəzaya uğrayıb.

Hadisə zamanı ümumilikdə 6 maşına və bir iritutumlu avtobusa ziyan dəyib.

Əraziyə hərəkəti tənzimləmək üçün DYP əməkdaşları cəlb edilib.




Mənbə: qafqazinfo.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
4
qafqazinfo.az

10Источники