RU

Yaponiyada düyü böhranı: Rəflər boş qaldı

Təbii fəlakətlər və turist axını Yaponiyada düyü böhranına səbəb olub.

“İki sahil”in məlumatına görə, marketlərin rəfləri kifayət qədər ehtiyat olmadığı üçün boş qalıb. Bəzi marketlər hər bir müştəriyə məhdudiyyət qoyub.

Məlumata görə, keçən ay ölkədə baş verən 7,1 bal gücündə zəlzələ və “Şanşan” qasırğasından sonra meydana gələn birja tendensiyası, eləcə də turist bumunun gətirdiyi əlavə istehlak, o cümlədən hava şəraitinin düyü istehsalına mənfi təsiri nəticəsində ölkədə düyü tapmaq çətinləşib.

Bir çox marketdə düyü rəfləri boş qalarkən, piştaxtalara “Təchizat çatışmazlığı səbəbindən düyü satışı həyata keçirilə bilməz” xəbərdarlığı asılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
5
ikisahil.az

9Источники