RU

Ərdoğan Tebbuna zəng edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ilə telefonla danışıb.

“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, Ərdoğan Tebbunu Əlcəzairdə keçirilən prezident seçkilərində qazandığı uğur və daha yüksək səslə yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Seçkilərin nəticələrinin Əlcəzair xalqının son 5 ildə atılan addımlara dəstəyinin göstəricisi olduğunu deyən Türkiyə prezidenti, yeni dövrdə Əlcəzairin sabitlik və firavanlığının daha da güclənəcəyini ifadə edib.

Ərdoğan bildirib ki, Türkiyə ilə Əlcəzair arasındakı əlaqələrin iki ölkə arasındakı qardaşlıq bağlarına yaraşan şəkildə bütün sahələrdə inkişaf etməyə davam edəcəyinə inanır.

Dövlət başçısı Tebbunu Türkiyəyə səfərə dəvət edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
47
50
ikisahil.az

10Источники