RU

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - TƏFƏRRÜAT

Ağstafada baş vermiş bədbəxt hadisənin təfərrüatı məlum olub.Hadisə rayonun Qırılı kəndində baş verib.Belə ki, kənd sakini, 1965-ci il təvəllüdlü Füzuli İsmayılov pilləkəni hasara söykəyərək üzüm yığırmış. Bu zaman hasar aşıb, Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşın altında qalıblar.Mərhum F. İsmayılovun qardaşı Mehman İsmayılov bildirib ki, səhər saatlarında üzümü yoldaşının işə aparması üçün yığırmışlar:"Hasarın hər iki tərəfinə nərdivan söykəyiblər. Qopan daş əvvəlcə qadının üzərinə düşüb. Yoldaşı daşı tutmaq istəyərkən ayağı ilişərək yıxılıb və hasar hər iki tərəfdən üstlərinə aşıb".Bədbəxt hadisədən 20-25 gün əvvəl isə nəvələri vəfat edibmiş.Oxu.Az 

ADEX

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
104
35
baku.news

10Источники