RU

Rusiyanı özündən çıxaracaq xəbər yayıldı- Paşinyan Kiyevə silah göndərməyə başladı...

Image

Ermənistan rəsmi olaraq Ukraynaya silah göndərməyə başlayıb. Qərb mediası yazır ki, bu cür mesajlar eyni anda bir neçə mənbədən gəlib. Bildirilir ki, İrəvan Ukraynaya sovet tipli silahlar verməyə başlayıb.

Məlumata görə, hələ avqustun 28-də Ermənistan Avropa Komissiyası ilə müqavilə imzalayıb və bu müqaviləyə əsasən, respublika 210 milyon avro müqabilində sovet istehsalı olan tanklar və hava hücumundan müdafiə sistemləri üçün raketləri Avropaya göndərməyi öhdəsinə götürüb. Transferin Gürcüstan limanları vasitəsilə həyata keçirildiyi bildirilir.

Bildirilir ki, İrəvan tanklar üçün döyüş sursatı ilə yanaşı, Kiyevə mövcud hava hücumundan müdafiə sistemləri və 152 mm-lik artilleriya qurğuları da verəcək. Bunun müqabilində isə Ermənistanı NATO tipli artilleriya ilə təmin edəcəklərini vəd ediblər. Xüsusilə, Fransanın SEZAR qaubitsaları ilə...

Avqustda o da məlum olub ki, İrəvan ABŞ-ın müdafiəsi müqabilində artıq “Toçka-U” raketləri və hava hücumundan müdafiə sistemlərini Ukraynaya verib. Türkiyə mətbuatı da yazır ki, Ermənistan Vaşinqtondan dəstək və müdafiə qazanmaq üçün silahları Kiyevə vermək qərarına gəlib. Bu Ukrayna Silahlı Qüvvələrində birdən-birə çox sayda C-125 hava hücumundan müdafiə sistemləri və “Toçka-U” ballistik raketlərinin peyda olması ilə izah edilir. 

Qeyd edilir ki, Rusiya ilə Ermənistan arasında münasibətlər Ermənistanın Dağlıq Qarabağda aldığı məğlubiyyətdən sonra sürətlə pisləşməyə başlayıb. Ermənistan hakimiyyəti nə qədər qəribə olsa da məğlubiyyətə görə Rusiyanı günahlandırır. Bunun ardınca isə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurduğunu və Qərblə yaxınlaşma kursunu elan edib. İndi aydın olur ki, bu vəziyyət Ukraynada silah arsenalını artırmaq üçün variantlar axtaran Qərb üçün də fürsət yaradıb.

“Bu il aprelin 5-də Ermənistanın baş naziri Paşinyanın Aİ-yə əlamətdar səfəri baş tutub. Brüsseldə Paşinyan Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenlə danışıqlar aparıb. Onlar əməkdaşlığı davam və inkişaf etdirmək barədə razılığa gəliblər. Brüssel və Vaşinqton Ermənistana müvafiq olaraq 270 milyon avro və 65 milyon dollar verəcəklərini vəd ediblər. Bununla belə, Azərbaycanla davamlı sülh olmadığı halda, Ermənistan üçün əsas mövzu olan əməkdaşlıq sahələri arasında təhlükəsizlik məsələsi qeyd olunmayıb" - deyə xarici media yazır. 

Bundan başqa, avqustun 24-də Ukraynanın Müstəqillik Günü Kiyevdə qeyd olunanda Paşinyan Zelenskiyə şirin təbrik teleqramı göndərib və orada “İrəvan və Kiyev arasında münasibətlərin uzun və səmərəli inkişafına” ümid etdiyini bildirib.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
77
5
baki-xeber.com

3Источники