RU

Prokurorluq əməkdaşı faciəvi şəkildə öldü: toydan sərxoş çıxıbmış...

Beyləqan rayonunda ağır yol qəzasında həlak olan Nazim Rzayev barədə Publika.az yeni məlumat əldə edib.

Məlumata görə, o, hadisədən öncə toy məclisində iştirak edib. Toydan sonra sərxoş vəziyyətdə avtomobili idarə edən N.Rzayev Beyləqan-Daşburun yolunda idarəetməni itirib. Nəticədə avtomobil aşıb və N.Rzayev aldığı xəsarətlərdən vəfat edib.

Qeyd edək ki, mərhum ailəli olub. Onun 2 yaşlı qızı var.

***

Beyləqan rayonunda ağır yol qəzası olub.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Beyləqan-Daşburun yolunda baş verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
80
5
publika.az

9Источники