RU

Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun xatirəsi ehtiramla anılıb

Naftalan ŞİH-nin məsul əməkdaşları, şəhid ailələri, qazilər, təhsil işçiləri, şəhidin ailə üzvləri ilə birlikdə Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şəhid Fərid Adıgözəlovun doğum günündə məzarını ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbir Naftalan Şəhər İcra Hakimiyyətinin, Goranboy-Naftalan təhsil sektorunun birgə təşkilatçılığı ilə şəhidin təhsil aldığı İ.Nəsimi adına 1 nömrəli şəhər tam orta məktəbdə Şəhidin xatirəsinə həsr edilmiş “Əbədiyyət zirvəsi“ adlı ədəbi-bədii proqramla davam etdirilib.

Fərid Adıgözəlovun qısa lakin mənalı həyat yoluna nəzər salınıb, 44 günlük Vətən Müharibəsi zamanı qazanılan Tarixi Zəfərdən bəhs edilib. Torpaqlarımızın azadlığı, vətənimizin bütövlüyü naminə şəhidlik zirvəsinə ucalmış oğullarımızın şərəfli ömür yolunun gələcək nəsillərə örnək olduğu vurğulanıb.

Tədbirdə çıxış edən Şəhidin ailə üzvləri onlara, eləcə də digər Şəhid ailələrinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Adıgözəlov Fərid İlqar oğlu (ölümündən sonra) “Vətən Uğrunda”, "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
60
naftalan-ih.gov.az

1Источники