RU

ABŞ-da magistral yolda atışma: YARALANANLAR VAR

ABŞ-ın Kentukki ştatında magistral yolda atışma baş verib.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ştatın qubernatoru Endi Beşir məlumat verib.

Onun sözlərinə görə, I-75 şosesindəki atışmaya görə hüquq-mühafizə orqanları yolu hər iki istiqamətdə bağlayıb.

"Bu ərazidən çəkinin", - qubernator "X" sosial şəbəkəsində yazıb.

Laurel dairəsinin inzibati mərkəzinin meri Rendall Uedl 7 nəfərin yaralandığını, ölənlər barədə məlumat olmadığını bildirib.

Hücumu törətməkdə 32 yaşlı Cozef Kuç şübhəli bilinir, amma hələ də saxlanılmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
2
korrespondent.az

3Источники