RU

Narinin cəsədi tapıldı...


Türkiyədə 20 günə yaxındır itkin düşən 8 yaşlı qızın cəsədi tapılıb.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, son vaxtar qardaş ölkənin əsas gündəm mövzularından birinə çevrilən azyaşlı Narin Güranın cəsədi yaşadığı kəndin yaxınlığındakı gölməçədə çuvalın içində tapılıb.
Daxili işlər naziri Əli Yerlikaya da məlumatı təsdiqləyib.
“Təəssüflər olsun ki, Diyarbakırın Bağlar rayonunun Tavşantəpə məhəlləsində itkin düşən Narin qızımızın cansız bədəni jandarma qruplarımız tərəfindən tapılıb. Narin qızımıza Allahdan rəhmət diləyirəm. Məkanı cənnət olsun. Başımız sağ olsun”.
Qeyd edək ki, N. Güran avqustun 21-dən itkin düşmüşdü.
Избранный
98
48
yeniavaz.com

10Источники