RU

Paralimpiya Oyunlarında qalib ölkə bəlli oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çin komandası Parisdə keçirilən Paralimpiya Oyunlarında medal sıralamasında erkən qələbəsini təmin edib.
Oxu.Az rbc.ru-ya istinadən xəbər verir ki, Çin idmançıları 86 qızıl, 65 gümüş və 45 bürünc olmaqla 196 medal qazanıblar. İkinci yeri 45 qızıl, 36 gümüş və 26 bürünc (ümumi - 107) medalla Böyük Britaniya komandası tutur. Britaniyalı idmançılar medal sıralamasında Çin komandasına qalib gəlmək üçün riyazi şanslarını itiriblər.
Qeyd edək ki, Çin komandası ardıcıl altıncı dəfə Paralimpiya Oyunlarının qalibi olub. Daha əvvəl onlar 2004, 2008, 2012, 2016 və 2021-ci illərdə Oyunları birinci olaraq başa vurublar. Son Paralimpiya Oyunlarında Çin idmançıları 96 qızıl, 60 gümüş və 51 bürünc medal qazanıblar.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
42
50
oxu.az

10Источники