RU

“Qələbə qazanmağa gücümüz var” – Toral Bayramov

“Sabah bizi çox yaxşı komandaya qarşı çətin oyun gözləyir. Lakin baş məşqçinin tapşırıqlarını yerinə yetirib qələbə qazanmağa çalışacağıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri millimizin futbolçusu Toral Bayramov sabah Slovakiyaya qarşı keçirəcəkləri Millətlər Liqasının qrup mərhələsinin 2-ci matçından oncə deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Oyuna yaxşı hazırlaşmışıq. Görüşə tam hazırıq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirib vuruşsaq, niyə də olmasın? Buna gücümüz var”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
idmanxeber.az

1Источники