RU

Hafiz Babalının həbs müddəti uzadıldı

"Abzas Media" işi çərçivəsində həbs edilən Hafiz Babalı barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib.

Qərara əsasən, onun həbs müddəti daha üç ay uzadılıb.

Xatırladaq ki, H.Babalı ötən il dekabrın 13-də saxlanılıb. Dekabrın 14-də onun barəsində məhkəmə 3 aylıq həbs qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
44
12
hurriyyet.az

10Источники