RU

Avropanın ən böyük avtomobil markası fabriklərini BAĞLAYIR - SƏBƏB

Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan, Avropada isə istehsal sayına görə ilk sırada dayanan Almaniyanın “Volkswagen” şirkəti Avropadakı bəzi fabriklərini bağlamağı planlaşdırdığını açıqlayıb. 


Sfera.az xəbər verir ki, bunun başlıca səbəbi Avropada satışların azalmasıdır. 


Avropa avtomobil bazarında pandemiyadan əvvəl 14,5 milyon ədəd avtomobil satılırdı. “Volkswagen” bu bazarda satılan avtomobillərin 26 faizini, yəni 3,77 milyon ədədini təmin edirdi. 


Pandemiyanın başa çatmasından xeyli müddətin keçməsinə baxmayaraq, Avropada avtomobil satışlarının sayı 13 milyon ədəd səviyyəsində qalıb. Tələbin zəifləməsi ilə əlaqədar olaraq “Volkswagen”in satışları 500 min ədəd azalıb. 


“Volkswagen” üçün bu, böyük itki olduğundan şirkətin gəlirləri azalıb və buna görə də qurum istehsal gücünə yenidən baxmağa məcbur qalıb. 


Avropa bazarında geniş yayılmış daralma ilə yanaşı, istehlakçılar daha ucuz alternativlərə müraciət etməyə başlayıblar. Ucuz avtomobillərə tələbin artması Avropada Yaponiya və Çin avtomobillərinin sayını artırıb. 


“Volkswagen” yeni vəziyyətə uyğunlaşmaq üçün 10 milyard avroluq yenidən strukturlaşdırma planını işə salsa d,  bu da səmərə verməyib. Bu səbəbdən şirkət çıxış yolu kimi Avropada yerləşən bəzi zavodlarını bağlamağı daha doğru hesab edib. 


“Volkswagen” qlobal şirkət olduğundan onun gəlirlərinə sadəcə Avropadakı satışlar təsir etmir. Avropa ilə yanaşı digər böyük bazarlardakı satışlar da onların maliyyə vəziyyətlərinə birbaşa təsir gücünə sahibdir. 


Şirkət hazırda qlobal səviyyədə Yaponiya və Çin şirkətləri ilə lazım olduğu qədər rəqabət apara bilmir. Gərgin rəqabətdə xüsusən Çin şirkətləri bazar paylarını artırırlar. Çin şirkətlərinin qlobal avtomobil sənayesində artan üstünlüyü “Volkswagen”in işini çətinləşdirib.


Sadalanan səbəblər şirkəti məcbur edir ki, Avropada bir neçə müəssisəsini bağlasın. Son məlumata görə, “Volkswagen”in dünya üzrə təxminən 120 zavodu var və onlardan 34-ü Avropadadır. 


Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
159
29
sfera.az

10Источники